Təlimə xoş gəlmisiniz!!
Daha ağıllı və inklüziv şəhərin inkişafının asanlaşdırılması dayanıqlı şəhər gələcəyinə aparan yollardan biridir. Daha ağıllı və inklüziv şəhərlər iqtisadi artım, sosial inklüzivlik və iqlimlə əlaqədar tədbirlərə kömək etmək üçün inkişaf etməkdə olan texnologiyaların verdiyi imkanlardan istifadə edirlər. Şəhərlərin daha ağıllı və daha inklüziv olması həyat keyfiyyətini yaxşılaşdırmaq, təbii ehtiyatları mühafizə etmək və sosial-iqtisadi inkişafı davam etdirmək üçün qəsəbə və şəhərlərdə köklü dəyişikliklərə səbəb ola bilər.
Şəhərləri daha ağıllı və inklüziv etmək istiqamətində səylərin və təşəbbüslərin məqsədi həyat keyfiyyətini artırmaq və hamı üçün firavanlığı təmin etməkdir. Bu ambisiya bir neçə Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) ilə fərqli şəkildə uyğunlaşır. Nəticə etibarilə, ağıllı və inklüziv şəhər inkişafı dayanıqlığa aparan yollardan birinə çevrilir.
Gələcəyə Hazırlığın Əsaslarında əldə edilmiş biliklərə müvafiq olaraq, biz daha ağıllı və inklüziv şəhər inkişafının nə demək olduğuna daha geniş şəkildə və ətraflı nəzər salacağıq.
Bu təlim nələri əhatə edəcək?
Bu təlim bələdiyyələrə daha ağıllı və inklüziv şəhər gələcəyini mənimsəməyə kömək etmək üçün bir neçə əsas mövzu təqdim edir. O, bələdiyyələrə şəhərlərin necə daha ağıllı və daha inklüziv ola biləcəyi barədə geniş məlumat əldə etmək üçün nəzərdə tutulub.
Kursun məqsədi aşağıdakılara cavab verməkdir:
- Niyə bizə daha ağıllı və daha inklüziv şəhərlər lazımdır?
- Daha ağıllı və inklüziv şəhər nədir?
- Daha ağıllı və inklüziv şəhərlərdə innovasiyaları təşviq etmək üçün əsas yanaşmalar hansılardır?
- Nə üçün İdarəetmə və strateji planlaşdırma daha ağıllı və inklüziv şəhərlər üçün vacibdir?
- Daha ağıllı və daha inklüziv şəhər strategiyası nədir?
- Təcrübə və çevik idarəetmə daha ağıllı və inklüziv şəhər inkişafını necə asanlaşdıra bilər?
- Nə üçün monitorinq və qiymətləndirmə daha ağıllı və inklüziv şəhərlərin inkişafı üçün vacibdir?
Bu kursdan nə əldə edə biləcəyimi gözləyə bilərəm?
Bu təlim beş moduldan ibarətdir və öyrənmək üçün bir sıra imkanlar təqdim edir. Video xülasələri və kiçik ölçülü məzmundan interaktiv viktorinalara və müzakirələrə qədər təlim sizə təkcə yeni biliklərin öyrənilməsini təmin etmir, həm də onları öz kontekstinizdə tətbiq etməyinizə kömək edir. Bundan əlavə, təlim dünyanın hər yerindən daha ağıllı və inklüziv şəhər inkişafından nümunələr gətirir, digər şəhərlərdən və bələdiyyələrdən mükəmməl nümunələr və praktiki biliklər təqdim edir.
Öyrənmə məqsədlərimiz aşağıdakılardır:
- Daha ağıllı və daha inklüziv şəhərlərin konsepsiyasını və ehtiyacını başa düşmək.
- Daha ağıllı və inklüziv şəhərlərdə innovasiyaları təşviq etmək üçün əsas yanaşmaları araşdırmaq.
- Daha ağıllı və inklüziv şəhərlərin idarə edilməsi və strategiyasının hazırlanması prosesinin əsas ölçüləri haqqında məlumatlılığı artırmaq.
- Təcrübə və çevik idarəetmənin daha ağıllı və inklüziv şəhər inkişafını asanlaşdırma yollarını araşdırmaq.
- Daha ağıllı və inklüziv şəhərlərin monitorinqinin və qiymətləndirilməsinin əhəmiyyətini başa düşmək.
Bu təlim necə qurulub?
Daha Ağıllı və İnklüziv Şəhərlər üzrə kompleks təhlil kursu beş moduldan ibarətdir; hər bir modul əvvəlki modulu tamamlamaq və genişləndirmək üçün nəzərdə tutulmuşdur.
- Birinci modul - "Daha Ağıllı Şəhər İnkişafı üçün İnklüzivlik" şəhərləri daha ağıllı və daha inklüziv etmək üçün insan mərkəzli yanaşma üçün yollar açacaq və bir neçə nümunə vasitəsilə daha ağıllı və inklüziv şəhər innovasiyalarını təşviq etməyin müxtəlif yollarını nümayiş etdirəcəkdir.
- İkinci modul - "Daha Ağıllı İdarəetmə" daha ağıllı və inklüziv şəhər idarəçiliyi, əsas maraqlı tərəflər, hərəkətverici amillər və daha ağıllı və inklüziv şəhər inkişafı üçün maneələri dərk etməyə ətraflı nəzər salacaqdır.
- Üçüncü modul - daha ağıllı və inklüziv şəhər strategiyalarına, daha ağıllı və inklüziv şəhər və ya qəsəbənin planlaşdırılmasının xüsusiyyətlərinə və tipik tematik fəaliyyət sahələrinə fokuslanmaqla “Daha ağıllı və inklüziv şəhərlərin planlaşdırılması” yollarını açacaqdır.
- Dördüncü modul - “Daha Ağıllı və İnklüziv Şəhər Layihələri və Pilot layihələri” yerli şəraitə uyğunlaşdırılmış və insan mərkəzli daha ağıllı və inklüziv şəhər həllərinin hazırlanması mexanizmlərinə və yanaşmalarına nəzər salacaq və planlaşdırmadan hərəkətə keçməyin yollarını izah edəcəkdir.
- Nəhayət, beşinci modul - daha ağıllı və inklüziv şəhər təşəbbüslərinin həyata keçirilməsi, qəbulu, monitorinqi və qiymətləndirilməsinə fokuslanacaqdır.
Necə qoşulmaq olar?
Təlimə daxil olmaq üçün sol tərəfdəki qırmızı "Join" ("Qoşul") düyməsini sıxmağınız xahiş olunur.
Təlim maraqlanan hər kəs üçün açıqdır (e-poçt ünvanı ilə qeydiyyatdan keçdikdən sonra). Kursun 4-5 saat çəkəcəyi planlaşdırlıb, lakin bu kursun qəsəbənizdə və ya şəhərinizdə P4EG-in hazırlanmasının bir hissəsi kimi aparılması tövsiyə olunur.
Siz öyrənmə ehtiyaclarınıza uyğun olaraq bu kursdakı modulları çevik şəkildə izləyə bilərsiniz. Hər bir modula "tələb üzrə" daxil olmaq olar ki, siz həm fərdi qaydada, həm də bələdiyyənizdəki həmkarlarınızdan ibarət komanda kimi öz sürətinizlə onu öyrənə biləsiniz!
Bu təlim Urban Learning Center (Şəhər Təhsil Mərkəzi) və M4EG üçün Arup, Climate KIC, TalTech və BMTİP tərəfindən müştərək şəkildə yaradılmışdır.