Kursa xoş gəlmisiniz!
Bu kurs Şəhər Tədris Mərkəzinin (Urban Learning Center) Gələcəyə Hazırlığın Əsasları kursunun “Yaşıl və Ədalətli Keçid” modulu əsasında tərtib edilib. O, bütün dünyanın üzləşdiyi fövqəladə iqlim halları ilə bağlı əsas anlayışları, eləcə də şəhər və qəsəbələrin bu problemi həll etmək və Dayanıqlı İqtisadi İnkişaf Yolları (P4EG) çərçivəsində inteqrasiya etmək üçün nəzərə ala biləcəyi iqlimlə bağlı tədbirləri və həll yollarını ətraflı təhlil edir.
Kursda ruhlandırıcı nümunələr vasitəsilə Avropa şəhərlərinin öz iddialı xalis sıfır və davamlılıq məqsədlərinə nail olmağı üçün geniş spektrli transdisiplinar həllərin effektiv şəkildə tətbiq edilmə yollarına xüsusi diqqət verilir. O, həmçinin şəhərlərin yerli səviyyədə çoxtərəfli əməkdaşlığının, sürətli karbonsuzlaşdırılmasının və vətəndaşları və icmaları üçün birgə faydaların miqyasının genişləndirilməsinin təmin edilməsində bir fürsət olaraq bütün Aİ məkanında çoxsaylı proseslərdən və planlaşdırma mexanizmlərindən (məsələn, Dayanıqlı Enerji və İqlimlə bağlı Tədbirlərin planlaşdırılması (SECAP-lar) və Şəhərlərlə İqlim Müqavilələri) istifadə yollarını əks etdirir.
Bu kurs nələri əhatə edəcək?
Bu kursda Yaşıl və Ədalətli Keçid üçün vacib olan əsas anlayışları, həlləri və planlaşdırma proseslərini və şəhərlər və ya qəsəbələr üçün onların tətbiqi, planlaşdırması və layihələndirilməsi baxımından ifadə etdikləri mənaları təqdim edilir. Bu kursdakı modullar Şəhər Tədris Mərkəzinin P4EG Kursunda qeyd olunan bir neçə P4EG mərhələsi ilə əlaqələndirilir, yəni Yerli İqtisadi Vəziyyətin Qiymətləndirilməsi, Strategiyaların hazırlanması, Tədbirlərin planlaşdırılması və Monitorinq, Qiymətləndirmə və Öyrənmə (MEL).
Kurs öyrənmək üçün bir sıra imkanlar təqdim edir: bu yeni bilikləri öz kontekstinizə tətbiq etməyə kömək etmək üçün video icmallar və kiçik ölçülü məzmundan başlayaraq interaktiv testlərə və fəaliyyətlərə qədər.
Bu kursdan nə əldə edə biləcəyimi gözləyə bilərəm?
Bir sıra modullar boyunca siz təsirlərinin azaldılması, uyğunlaşma (adaptasiya) və davamlılıq da daxil olmaqla iqlimlə bağlı tədbirlər və xalis sıfırın əsas anlayışları və onların praktikada və dayanıqlı və iqtisadi artıma aparan yollarla bağlı ifadə etdiyi mənaları başa düşəcəksiniz.
Siz Avropa şəhərlərinin ən mühüm sektorları və maraqlı tərəfləri arasında sürətli və iddialı şəkildə iqlim təsirlərinin azaldılması, uyğunlaşma və davamlılıqla bağlı məsələlərin həlli ilə əlaqədar hazırda sınaqdan keçirdiyi və təcrübədə tətbiq etdiyi ruhlandırıcı həlləri daha ətraflı təhlil edəcəksiniz.
Siz şəhər və qəsəbələrin P4EG strateji məqsədlərini, tədbirlərin planlaşdırılmasını, monitorinqini, qiymətləndirməsini və öyrənilməsini (MEL) Yaşıl və Ədalətli keçid üçün təsəvvür edilən təsirləri ilə necə əlaqələndirə biləcəkləri haqqında öyrənəcəksiniz.
Öyrənmənin məqsədləri
İqtisadi inkişaf və artımla yanaşı, istixana effekti yaradan qazların emissiyalarının azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və davamlılığın artırılmasının vacibliyini başa düşmək; Ən son elmi qiymətləndirmələrə əsasən, şəhərlər, qəsəbələr və ya rayonlar iqlimin yaratdığı fəsadlar ilə bağlı hansı risklər və fəlakətlərlə üzləşə bilər?
Onların P4EG səyləri üçün qısamüddətli, ortamüddətli, uzunmüddətli təsirləri və aralıq nəticələri daha yaxşı başa düşmək və təsvir etmək üçün potensial və imkanları necə artırmaq olar?
Şəhərin və ya qəsəbənin öz xalis sıfır məqsədlərinə çatmaq və P4EG səyahətləri ilə uyğunlaşdırmaq üçün həyata keçirə biləcəyi real həyat nümunələrindən, nümunələrdən və iqlimlə bağlı tədbirlərdən, planlaşdırma yanaşmalarından öyrənmək.
Necə qoşulmaq olar?
Kursa daxil olmaq üçün sol tərəfdəki qırmızı "Join" ("Qoşul") düyməsini sıxmağınız xahiş olunur.
Siz öyrənmə ehtiyaclarınıza uyğun olaraq bu kursdakı modulları çevik şəkildə izləyə bilərsiniz. Hər bir modula "tələb üzrə" daxil olmaq olar ki, siz həm fərdi qaydada, həm də bələdiyyənizdəki həmkarlarınızdan ibarət komanda kimi öz sürətinizlə onu öyrənə biləsiniz.
Kurs maraqlanan hər kəs üçün açıqdır (e-poçt ünvanı ilə qeydiyyatdan keçdikdən sonra). Kursun 4-5 saat çəkəcəyi planlaşdırlıb, lakin bu kursun qəsəbənizdə və ya şəhərinizdə P4EG-in hazırlanmasının bir hissəsi kimi aparılması tövsiyə olunur.
Siz öyrənmə ehtiyaclarınıza uyğun olaraq bu kursdakı modulları çevik şəkildə izləyə bilərsiniz. Hər bir modula "tələb üzrə" daxil olmaq olar ki, siz həm fərdi qaydada, həm də bələdiyyənizdəki həmkarlarınızdan ibarət komanda kimi öz sürətinizlə onu öyrənə biləsiniz!
Bu kurs Urban Learning Center (Şəhər Təhsil Mərkəzi) və M4EG üçün Arup, Climate KIC, TalTech və BMTİP tərəfindən müştərək şəkildə yaradılmışdır.
Yerli öyrənmə imkanları haqqında ətraflı məlumatı buradan əldə edin:
Ermənistan icması
Azərbaycan İcması
Gürcüstan İcması
Moldova İcması
Ukrayna İcması
Bizimlə əlaqə saxlayın
▪️UNDP İstanbul Regional Mərkəzi
[email protected] / Tina Stoum / Semira Osmanovic
▪️Avropa Komissiyası, DG NEAR
Thibault Charlet
Bu kurs Şəhər Tədris Mərkəzi və M4EG üçün Arup, Climate KIC, TalTech və UNDP tərəfindən birgə yaradılmışdır.